Bakıda daha bir avtobus marşrutu "Baku Baus"s verildi

16 Dekabr, 2017 15:59 | Sosial | Baxış sayı: 234
Baku bus
Baku bus

Paytaxtda nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirildi

Bu gündən Bakıda fəaliyyət göstərən 17 saylı xətt marşrutu "Baku Baus" avtobusları ilə fəaliyyətə başlayıb.

İstiPress-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, artıq həmin avtobuslar 17 saylı marşrut üzrə xəttə çıxıb.

Xatırladaq ki, bir neçə gün öncə 17 saylı marşrutun daşıyıcısı dəyişdirilərək adıçəkilən marşrut "Baku Bus" MMC-yə verilmişdi.

17 nömrəli marşrut xəttinin istismarının “BakuBus” MMC-yə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilib.