Bakıda bu yollar bağlanıb

16 Dekabr, 2017 16:29 | Sosial | Baxış sayı: 206
Bakı
Bakı

"Azəravtoyol"dan təcili məlumat

Bakıda bu gün və sabah səhər saatlarından etibarən Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb.

İstiPress-in məlumatına görə, bu barədə  "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli öz "Facebook" səhifəsində məlumat yayıb. 

O, avtonəqliyyat vasitələrinin hərəkəti  asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq məhdudlaşdırıldığını bildirib. O, məlumatda məhdudlaşdırılmanın Süleyman Sani Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Şövkət Məmmədova küçəsinə doğru düşən hissəsində (Azadlıq metrostansiyasının qarşısında) olduğunu da dəqiqləşdirib.

Həm də bildirib ki, məhdudlaşdırma qısa müddətlik tətbiq ediləcək.