Gənc oğlan içkidən zəhərlənib öldü

16 Noyabr, 2020 11:59 | Sosial | Baxış sayı: 73
Xəstəxana
Xəstəxana

Xaçmazda gənc oğlan içki zəhərlənməsindən ölüb.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Nərəcan kəndində qeydə alınıb. Kənd sakini, 24 yaşlı  Mehrab Baratov zəhərlənmə dioqnozu ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq o xəstəxanada keçinib. İlkin məlumata görə, Mehrab Baratov spirtli içkidən zəhərlənib.

Xaçmaz rayon prokurorluğunda araşdırma başlanılıb.