Dəm qazı qadını evinin hamamında öldürdü

16 Noyabr, 2020 10:35 | Sosial | Baxış sayı: 66
Dəm qazından boğulma
Dəm qazından boğulma

Havalar soyuduqca dəm qazının can alma xəbəri gündəmə gəlir.

İstiPress-in şimal bürosunun məlumatına görə, Siyəzənin Xətai küçəsindəki mənzillərdən birində 50 yaşlı qadın dəm qazından boğulub ölüb.

Şəhər sakini, 50 yaşlı Arzu Hüseyn qızı Kərimova yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənərək dünyasını dəyişub. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

Siyəzən rayon prokurorluğunda fakta görə araşdırma başlanılıb.