Bakıda evlər isinəcək - "Azəristiliktəchizat"a qaz verildi

16 Noyabr, 2019 15:20 | Sosial | Baxış sayı: 77
Qaz plitəsi
Qaz plitəsi

"Əhaliyə istilik verilə bilər"

Xatırladaq ki, "Azəristiliktəchizat" ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlamalı idi.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Azəristiliktəchizat” ASC-nin ona borclu olmasına baxmayaraq, qazanxanaların təbii qaz təchizatını bərpa edib.

İstiPress-in məlumatına görə, bunu “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib. 

“Azəristiliktəchizat”ın “Azəriqaz”a 29 milyon manatdan çox borcu var. Buna görə də, qazanxanaların qaz təchizatı dayandırılmışdı. Bununla belə, bu dəqiqələrdə təchizatı bərpa etmişik. Əhaliyə istilik verilə bilər”. 