Məktəblərdə tətil başladı

16 Noyabr, 2017 09:05 | Sosial | Baxış sayı: 214
Məktəb
Məktəb

Payız tətili noyabrın 21-dək davam edəcək

Bu gündən Azərbaycanın orta məktəblərində payız tətili başlayıb. istiPress-in məlumatına görə, tətil noyabrın 16-dan 21-dək davam edəcək. Həmin gün (21 noyabr) ilk dərs günü hesab ediləcək. 

2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr)

5 gün qış tətili (27-31 yanvar).

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).