Qusar polisinin pandemiya mübarizəsi

16 Oktyabr, 2020 12:49 | Sosial | Baxış sayı: 81
Qusarda karantin
Qusarda karantin

Ölkədə koronavirusa qarşı görülən mübarizə tədbirləri nəticəsində karantin rejiminin sərtləşdirilməsi Qusar polisinin yenidən qabaqlayıcı tədbirlərə əl atmasını gündəmə gətirib.

İstiPress-in şimal bürosunun məlumatına görə, pandemiya nəticələrinin qismən azaldığı vaxtda da mübarizə tədbirlərini davam etdirən  rayon polis şöbəsunin əməkdaşları bu gün Qusar şəhərinin insanların daha çox olduğu bir neçə yerində sakinlərə tibbi maska paylayıblar.

Vətəndaşlar arasında lazımi izahat və təbliğat işləri aparılıb. Sakinlərə Operativ Qərargah tərəfindən qoyulan qaydalara ciddi əməl etmələrinin vacibliyi izah edilib. Bildirilib ki, ölkəmizdə itirilmiş torpaqlarımızın geri qaytarılmacı uğrunda Vətən savaşı getdiyi bir vaxtda hər bir vətəndaş şəxsi gigiyenik qaydala və tələblərə elə əməl etməlidir ki, bu dəhşətli pandemiya döyüş bölgəsindəki əsgərlərimizə gedib çatmasın.

Qusarda sakinlərə qoruyucu vasitələrin paylanılması işləri davam edir. Gün ərzində polis əməkdaşları səsgücləndirici vasitəsilə xidməti avtomobillərlə gəzərək sakinlərə müraciət eləyir,maska və diğər qoruyucu vasitələrdən müntəzəm istifadə etmələrini xahiş və tələb edir.