Təhsil Nazirliyi 1 ay qabaq dayandırdığı xidməti bərpa edir

16 Oktyabr, 2019 12:40 | Sosial | Baxış sayı: 315
Təhsil Nazirliyinin inzibati binası
Təhsil Nazirliyinin inzibati binası

Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğu yeni dərs ilinə görə dayandırılmışdı

Bu gündən şagirdlərin yerdəyişməsi ilə bağlı müvəqqəti olaraq dayandırılan sorğuların qəbulu yenidən başlayacaq. 

Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi  (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu 15 sentyabr tarixindən 1 ay müddətində dayandırılmışdı. 

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Yerdəyişmə prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.

Sorğu dayandırılana kimi yerdəyişmə ilə bağlı 56 462 müraciət daxil olub.