Məzunlarından 8 nəfəri 600-dən çox bal toplamış rayonun sevinci

16 Sentyabr, 2020 11:11 | Sosial | Baxış sayı: 219

Xaçmaz rayonunun bu ilki orta məktəb məzunlarından 8 nəfəri qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, 1478 nəfər məzundan 439 nəfəri imtahanlarda uğur qazanıb. Onlardan 46 nəfəri 500-dən yuxarı bal toplayıb.

Bu barədə Xaçmaz ih başçısı Elnur Rzayevin yüksək nəticə göstərmiş abituriyentlərlə keçirdiyi onlain görüşdə danışılıb.Rayon rəhbəri tələbə adını qazanmış gəncləri bilik günü münasibətilə təbrik edib,rayonun təhsil ictimaiyyətinin bu uğurların qazanılmasında xüsusi xidməti olduğunu vurğulayıb. Xaçmaz ih başçısı Elnur Rzayev yüksək bal toplamış iki məzunu isə şəxsən qəbul edib.Qaracik-Zeyid kənd məktəbinin məzunu Leyla Salmanlı qəbul imtahanında 661 ,Xaçmaz şəhər 1 saylı məktəbin məzunu Gültac Muradova isə 645 bal toplayıb.Rayon rəhbəri hər iki məzuna İh-nin fəxri fərmanını və hədiyyə təqdim edib.Digər məzunların hədiyyəsi isə evlərində çatdırılıb.