Daha 400 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirildi

16 Sentyabr, 2020 10:39 | Sosial | Baxış sayı: 74
Samur sərhəd keçid məntəqəsi
Samur sərhəd keçid məntəqəsi

Sentyabrın 15-də Rusiyada qalan daha 400 nəfər Azərbaycan vətəndaşı ölkəmizə gətirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Qusarın Samur keçid məntəqəsində sərhədçilərin qarşıladığı soydaşlarımız dərhal tibbi müayinəyə cəlb ediliblər. TƏBİB-in Qusar rayon mərkəzi xəstəxanasındakı tibbi briqadası Rusiyadan gələn vərəndaşlardan koronavirus testi götürüblər.

Daha sonra onlar FHN-nin Samur keçid məntəqəsindəki qəbul-çeşidləmə məntəqəsində karantinə alınıblar.