Yeni bina Qubanın Alekseyevka kəndində tikilib
Yeni tədris ilinin ilk günündə təhsil naziri Ceyhun Bayramov Qubanın Alekseyevka kəndində şəhid Rəhman Məmmədovun adını daşıyan və yararsız halda olan məktəbin yeni binasının açılışında iştirak edib.
İstiPress-in Şimal bürosunun məluma tına görə, nazir bütün kollektivi, müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib.
O, qeyd edib ki, 2019-cu ildə ölkədə Dövlət investiya proqramı hesabına və prezident İlham Əliyevin sərəncamları ilə 84 orta məktəb tikilib. Bu gün onlardan 43-ü istifadəyə verilir, 41 -i isə ilin sonunadək hazır olacaq.
Qubanın icra başçısı Ziyəddin Əliyev də rayon ictimaiyyəti adından Alekseyevka kənd sakinləri və müəllimləri adından kənddə hər cür şəraiti olan müasir, yeni məktəb binasının inşasına görə ölkə rəhbəri İlham Əliyevə xüsusi minnətdarlığını bildirib.
İcra başçısı qeyd edib ki, prezidentin 11 oktyabr 2018-ci il tarixli sərəncamından sonra Alekseyevka kəndində üç mərtəbəli yeni məktəb inşa olunub. Məktəbdə linqafon kabineti, 2 emalatxana, 2 laborotoriya, idman zalı, 450 yerlik akt zalı və geniş sinif otaqları 960 şagirdin və 75 müəllimlərin istifadəsinə verilib.