Bu gündən dərslər başlayır

16 Sentyabr, 2019 09:05 | Sosial | Baxış sayı: 61
Bilik günü
Bilik günü

Yeni dərs ilində 1 525 016 şagird təhsil alacaq

Azərbaycanda 2019/2020-ci tədris ili başlayıb. Bilik günü bazar gününə təsadüf etdiyi üçün ölkədə yeni tədris ilinin başlanğıçı bu gündür.

Ümumtəhsil müəssisələrində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub. 

Yeni tədris ilində ümumitəhsil müəssisələrində 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən:

714 259-u qız,

810 757-si oğlandır.

I sinif -164 234 

IX sinif - 122 043 

XI sinif - 82 782

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində isə ümumilikdə, 414 844 şagird təhsil alacaq. 

IX sinif - 32 315 

X sinif - 22 795

XI sinif - 18 896 

XII sinif  - 198 şagird oxuyacaq.

Ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımildən ibarətdir.