Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxub

16 İyul, 2020 11:38 | Sosial | Baxış sayı: 39
Koronavirusun müayinəsi
Koronavirusun müayinəsi

Azərbaycanda COVID-19-a daha 559 yeni yoluxma qeydə alınıb, 545 nəfər sağalıb, 7 nəfər vəfat edib.

İstiPress-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində ölkədə 8 312 test aparılıb. Ümumilikdə isə bu günə qədər aparılan testlərin sayı 592 778 təşkil edir.