Azərbaycanda 1 258 əkiz, 42 üçəm doğulub

16 İyul, 2020 11:25 | Sosial | Baxış sayı: 25

Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 47 206 doğulan körpə qeydə alınıb.

İstiPress-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Əhalinin hər 1 000 nəfərinə bu göstərici 11,4 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 1258-i əkiz, 42-si isə üçəmlər olub.

Bu ilin beş ayında ölkə üzrə 24 813 ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 6 təşkil edib.

Qeyd edək ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 22745 nəfər və ya 0,2 faiz artaraq  iyunun 1-i vəziyyətinə 10 089 853 nəfərə çatıb. Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.