Xəstəxanaya yerləşdirilib, lakin onu xilas etmək mümkün olmayıb
Gəncə şəhərində zavodda işləyən fəhlənin yıxılaraq ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
İstiPress-ə Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, iyulun 12-də saat 20 radələrində Gəncə şəhər Çini qablar zavodunun ərazisində yerləşən metal əritmə sexində işləyən Əsədov Nicat Fizuli oğlu yıxılıb xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Lakin onu xilas etmək mümkün olmayıb.
Prokurorluq və polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Sosial mənzillərə ehtiyacı varsa yerli icra hakimiyyəti orqanlarında uçota alınmaq üçün müraciət oluna bilər
Bəzi yerlərdə temperatur -6 dərəcəyə kimi düşəcək
AQTA Bərdədə pendir hazırlayan sexi bağladı
6,5 saat ürəyi dayanan qadın yünidən həyata qayıdıb
Onlara təqaüd də veriləcək