Şəki Xan Sarayında xəsarət alanların son durumu

16 İyul, 2019 13:10 | Sosial | Baxış sayı: 155
İlkin Məmmədov
İlkin Məmmədov

Səhiyyə Nazirliyi açıqlama yaydı

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların son durumunu açıqlayıb.

İstiPress-ə  Nazirlikdən verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

“1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırlıqdadır”- deyə nazirlikdən bildirilib.