Nazirliyin "Facebook" hesabında məlumat paylaşılıb
Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Şəki Xan Sarayında baş verən hadisədə dünyasını dəyişən Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi Xatirə Ağamalıyevanın ailəsinə başsağlığı verib.
İstiPress-in məlumatına görə, bu barədə nazirliyin "Facebook" hesabında məlumat paylaşılıb. Qurum X. Ağamalıyevanın vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.