Rusiyada öldürülən azərbaycanlı tələbənin nəşi vətənə gətiriləcək

16 İyun, 2020 14:55 | Sosial | Baxış sayı: 176

Rusiyanın Volqoqrad şəhərində yerli tibb universitetinin qətlə yetirilən 17 yaşlı tələbəsi, Azərbaycan vətəndaşı Timur Qavrilovun nəşi vətənə yola salınacaq.

İstiPress-in məlumatına görə, bu barədə yerli istintaq qurumlarından bildiriblər.

Ötən gün Volqoqrad vilayəti qubernatoru Andrey Boçarov bu qətli törədən şəxsin axtarışına kömək müqabilində 1 milyon rubl (14.340 ABŞ dolları) mükafat vəd edib.

Daha əvvəl Azərbaycanın Rusiyadakı səfirliyinin bu hadisəni nəzarətə götürdüyü bildirilmişdi.