Fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət aldı

16 İyun, 2019 16:37 | Sosial | Baxış sayı: 41
Tikintidə fəhlə faciəsi
Tikintidə fəhlə faciəsi

Reanimasiya şöbəsinə yerləşdirilib

Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

İstiPress-in məlumatına görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsində baş verib.

1976-cı il təvəllüdlü Müseyibov Rəşid İlyas oğlu Kimyaçılar qəsəbəsində ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılaraq, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.