Ən prestijli bölgədə həkim qıtlığı

16 İyun, 2018 18:11 | Sosial | Baxış sayı: 328
Həkim
Həkim

Bu gün Xaçmaz rayonunda çox sayda ixtisaslı həkim kadrlarına ehtiyac var.

Bunu İstiPress-in şimal bürosuna rayon mərkəzi xəstəxanasının baş həkimi Səyyaf Tağıyev deyib.

Onun sözlərinə görə, hazırda rayon səhiyyəsində 18 həkim məntəqəsində 18, təcili yardım stansiyasında 10 və kənd həkim məntəqələrində isə  6 nəfər ixtisaslı ailə həkimi çatışmır. Səyyaf Tağıyev bu boşluğu doldurmaq üçün imkan daxilində vəziyyətdən çıxmağa çalışdıqlarını, məsələnin müsbət həlli istiqamətində Səhiyyə Nazirliyinin aidiyyatı şöbələri ilə müntəzəm olaraq müzakirələr apardıqlarını dedi.

Yeri gəlmişkən, bu gün Səhiyyə Nazirliyində Azərbaycan səhiyyəsinin 100 illiginə və tibb işçiləri gününə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Səhiyyə naziri Oqtay Şirəliyevin "Səhiyyə  əlaçısı"na layiq gördüyü təcrübəli tibb işçiləri arasında Xaçmaz rayon mərkəzi xəstəxanasının baş həkimi Səyyaf Tağıyev də var.