Məzunları 700 bal yığan məktəblərin adı açıqlandı SİYAHI

16 May, 2018 10:40 | Sosial | Baxış sayı: 987
İmtahan zamanı
İmtahan zamanı

7 abituriyent rekort bal toplayıb

Bir neçə gün öncə keçirilən qəbul imtahanlarında maksimal nəticə göstərən abituriyentlərin adları bəlli olub. İstiPress-in məlumatına görə, II və III ixtisas qrupları üzrə keçirilən imtahanlarda cəmi 7 nəfər 700 bal toplayıb.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 36559 abituriyent sənəd verib. Onlardan 630 nəfəri imtahanda iştirak etməyib, 31-i isə imtahan qaydalarını pozduqlarına görə nəticələri ləğv edilib. 

İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Jalə Rəcəbova Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbi (akademik Zərifə Əliyeva adına) 

Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu (Cahan Haşımzadə)

III ixtisas qrupu üzrə isə 5 abituriyent

Bakı şəhəri, 45 saylı orta məktəb (Elvin Kərimli)

89 saylı orta məktəb (Şahxanım Həsənova)

214 saylı orta məktəb,

Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi Xəyyam Sultanlı) 

Texniki humanitar liseyin (Azərbaycan dili və ədəbiyyatı fənni üzrə qızıl medalın sahibi, Bakı şəhəri Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Zeynəb Quluzadə) məzunları 700 bal toplayaraq rekorda imza atıblar. 

 Zeynəb Quluzadə
Zeynəb Quluzadə