Bakıda 45 milyonluq yol tikiləcək

16 May, 2018 08:29 | Sosial | Baxış sayı: 116
Bakıda yol bağlama nişanı
Bakıda yol bağlama nişanı

Bu yol Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi yolunu birləşdirəcək

Prezident İlham Əliyev Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Yeni yol Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli olacaq.

Avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 45 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.