Apreldə Azərbaycana yarım metr qar yağdı FOTOLAR

16 Aprel, 2018 08:58 | Sosial | Baxış sayı: 152
Qarlı hava
Qarlı hava

Xınalıq yolunda palçıq axını başladı

Aprel ayında ölkə ərazisində yarım metrdən çox qar yağıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, ötən gün Quba və Qusarın, Xızının dağlıq ərazilələrinə güclü qar düşüb. Qubanın Xınalıq kəndinə qarın hündürlüyü 55, Qusarın Ləzə kənində isə 47 sm-ə çatıb. Qar yağması nəticəsində kəndlərə enerji verilişində qısa fasilələr yaransa da ciddi problem qeydə alınmayıb.

Quba-Xınalıq yolunun qar düşən hissələri təmizlənib. Azərbaycan Dövlət Avtomobil Agentliyinin Quba şöbəsinin sahə rəisi Bilal Sultanov yolların təmizləndiyi, lakin yağıntının davam edəcəyi təqdirdə fəsadların olacağını bildirib. Bilal Sultanovun sözlərinə görə, intensiv yağıntı nəticəsində Quba-Xınalıq yolunun 29-cu km-də hündür dağdan axıb gələn palçıq axını müşahidə olunub və bu gün səhər saatlarından yoldan  palçığın təmizlənməsinə də başlanılacaq.

Şamaxı rayonunda iki gündür davam edən güclü leysan yağışları ötən gün qarla əvəz edilib.Qarın hündürlüyü b u rayonun da müxtəlif kəndlərində 20 sm-ə çatıb.