Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı

16 Mart, 2020 12:17 | Sosial | Baxış sayı: 183
Aslan İbrahimov
Aslan İbrahimov

Müdirin yerinə təinat olmayıb

Lənkəran şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib. Müvafiq əmrlə Aslan İbrahimov işdən çıxarılıb. Hələlik həmin vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, A.İbrahimov bu vəzifəyə 2017-ci ilin noyabr ayında təyin edilmişdi. 

İbrahimov Aslan Mikayıl oğlu 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur.O,1978-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsini bitirib.

İbrahimov Aslan İbrahim oğlu Lənkəran şəhər 3 və 9 saylı tam orta məktəbində tarix-ictimaiyyət  fənni üzrə müəllim işləyib. Aslan İbrahimov 1984-cü ildən Lənkəran şəhər 8 saylı tam orta məktəbinin  direktoru  vəzifəsində işləyib.