Milyonlarla azərbaycanlının yaşadığı ölkədə koronavirus şoku

16 Mart, 2020 15:17 | Sosial | Baxış sayı: 191
Koronavirus
Koronavirus

Ölənlərin sayı 800-ü ötdü

İranda yeni koronavirusdan (COVID-19) ölənlərin sayı 853 nəfərə yüksəlib. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib. Son sutka ərzində bu virus nəticəsində 129 nəfər ölüb.

Nazirlik rəsmisi ötən sutkada 1 053 nəfərin koronavirusa yoluxduğunu deyib. Cahanpur əlavə edib ki, ümumilikdə İranda 14 991 nəfər bu virusa yoluxub.

İndiyədək virusdan sağalanların sayı 4 996 nəfər olub.