Koronavirusun yayılmadığı yeganə Avropa ölkəsi

16 Mart, 2020 13:57 | Sosial | Baxış sayı: 224
Monteneqro
Monteneqro

Otel, kafe və restoranlar bağlanır

Koronavirusun yayılmadığı yeganə Avropa ölkəsi olan Monteneqroda fövqəladə vəziyyət elan edilib. Bu barədə Monteneqro Baş nazirinin müavini Milutin Simovic açıqlama yayıb.

Bildirilir ki, ölkə ərazisinə xarici vətəndaşların girişinə icazə verilməyəcək.

Bundan başqa, hotel, kafe və restoran kimi xidmət obyektlərinin fəaliyyəti dayandırılacaq.

“Ölkə olaraq virusun yayılmasını gecikdirmək üçün əlimizdən gələni edirik. İlk yoluxma hadisəsi müəyyən olunarsa, virusun yayılmasına nəzarət edə biləcəyik”.