Koronavirusun peyvəndi bu gün sınaqdan keçəcək

16 Mart, 2020 11:45 | Sosial | Baxış sayı: 98
İynə
İynə

Sınaq ABŞ-da həyata keçiriləcək

Bu gün dünyanı lərzəyə salan koronavirusun ilk peyvəndinin sınağı keçiriləcək. Sınaq ABŞ-da baş tutacaq. 

Mütəxəssislər sınağı 45 yaşlı sağlam şəxsin üzərində həyata keçirəcəklər. Təcrübədə iştirak edəcək şəxsə virus yoluxmaq riski yoxdur. Onlar tədbiq ediləcək peyvəndin əks təsirlərinin olub-olmadığını müşahidə edəcəklər.

Onlar koronavirusa yoluxan şəxsin müalicəsində istifadə ediləcək bir peyvəndin hazırlanması üçün 8 ay ilə 1 il arasında zaman lazım olduğunu deyiblər.

Xatırladaq ki, bundan öncə də İran və İsrail, o cümlədən Belçika da 6 minə yaxın insanın ölümünə səbəb olan virusla mübarizədə uğurlu nəticələr əldə etdiklərini, dərman və peyvəd kəşfi sahəsində irəliləyişlər olduğunu bildirmişdi.