Gürcüstanda koronavirusdan sağalan azərbaycanlı evə buraxıldı

16 Mart, 2020 19:54 | Sosial | Baxış sayı: 43
Koronavirus
Koronavirus

Son günlər bir neçə dəfə koronavirus testindən keçib və nəticələr mənfi olub

Gürcüstanda koronavirusdan tam sağalan 55 yaşlı azərbaycanlı evə buraxılıb.

İstiPress-in məlumatına görə, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından bildirilib.

Pasiyent son günlər bir neçə dəfə koronavirus testindən keçib və nəticələr mənfi olub.

O, bir həftə ərzində təcriddə qalacaq.

Qeyd edək ki, Gürcüstanın azərbaycanlı vətəndaşına koronavirus diaqnozu fevralın 26-da qoyulmuşdu.