Bu yol maşınlar üçün bağlanır

16 Mart, 2019 12:49 | Sosial | Baxış sayı: 56
Yol təmiri
Yol təmiri

Yol martın 18-i axşamadək bağlı olacaq

Bakının daha bir yolunda təmir işləri ilə əlaqədar hərəkət dayandırılır. Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 16-dan 17-nə keçən gecədən etibarən 18-i axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.