Bu ailələrdəki uşaqların pulu artdı SXEM

16 Mart, 2019 09:29 | Sosial | Baxış sayı: 526
Uşaqlar
Uşaqlar

Ailələr indikində 132 manat çox pul alacaq

5-dən çox uşağı olan qadınların müavinəti gələn aydan artacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən İstiPress-ə verilən məlumata görə, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinət artırılıb. Belə ki, gələn ayın, yəni aprelin 1-dən həmin müavinətin məbləği 55 manata çatdırılacaq.

Misal üçün, ailədə 6 uşaq varsa həmin ailəyə qeyd olunan müavinət kimi aylıq 330 manat (hazırkı məbləğlə müqayisədə 132 manat çox) vəsait ödəniləcək. Onu da bildirək ki, hazırda bu müavinət ölkəmizdə beşdən çox uşağı olan qadınların 9 min nəfər uşağına verilir.

25 fevral 2019-cu il tarixli sərəncam müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarının hər biri üçün ödənilən aylıq müavinətin də məbləğinin artmasını nəzərdə tutur. Aprelin 1-dən həmin müavinət 68 manatdan 100 manata çatdırılacaq. Hazırda bu müavinət növü 120 nəfər uşağa ödənilir.