Hava bir qədər soyuyacaq

16 Fevral, 2020 12:55 | Sosial | Baxış sayı: 124
Bakı bulvarı
Bakı bulvarı

Arabir güclənən simal-qərb küləyi əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

İstiPress-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70% olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə,  arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.