Güclü qarın bağladığı kənd yolu açıldı

16 Fevral, 2020 11:05 | Sosial | Baxış sayı: 92

Texnika çətinluklə də olsa əraziyə gəlib və yol qardan tam təmizlənib

Qubanın güclü qar və qasırğa səbəbindən bağlanmış Dalıqaya kəndinin yolu açılıb.

İstiPress-in şimal bürosuna kənd sakinləri məlumat verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 11 saylı yol istismar idarəsinin DT-75 texnikası çətinluklə də olsa əraziyə gəlib və yol qardan tam təmizlənib.

Qeyd edək ki,bir neçə gündür Dalıqaya kəndinin qasırğa və güclü qar səbəbindən rayon mərkəzilə əlaqəsi kəsilmişdi.Uşaqlar qonşu Zıxır kəndinə dərsə gedə bilmirdilər.

Artıq problem aradan qaldırılıb. Rayon rəhbərliyinin göstərişilə kəndə göndərilən texnika dağ yolunun nəqliyyat üçün açılmasını təmin edib.