Gənc oğlan dəm qazından zəhərlənib öldü

16 Fevral, 2020 16:07 | Sosial | Baxış sayı: 73
Dəm qazından boğulma
Dəm qazından boğulma

Cansız bədəni yataq otağında tapılıb

Bərdədə 23 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

İstiPress-in məlumatına görə, hadisə rayonun Kələntərli kəndində baş verib.

Belə ki, 23 yaşlı kənd sakini İsgəndərov Elməddin İsgəndər oğlu gecə qaz sobasını yanılı qoyaraq yatıb. Nəticədə o, boğularaq ölüb. Onun cansız bədəni ailə üzvləri tərəfindən yataq otağında tapılıb.

Hadisə yerinə hüquq mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E.İsgəndərov ailəli olub, bir qız övladı var.