Antarktidada yeni temperatur rekordu - VİDEO

16 Fevral, 2020 17:17 | Sosial | Baxış sayı: 126

Sonuncu rekord 1982-ci ilin yanvarında qeydə alınmışdı

Antarktida, Simor adasında həmin yerlər üçün temperatur rekordu qeydə alınıb.

İstiPress-in məlumatına görə, bu barədə “News24.com” xəbər verib.

Qeyd edilir ki, temperatur rekordu +20,75°С təşkil edib.

Xəbər xidmətinin məlumatına görə, daha əvvəlki rekord +19,8°С olub. O, 1982-ci ilin yanvarında Siqnü adasında qeydə alınmışdı.