Quba bu gecə də dondu - 11,3 dərəcə şaxta FOTO

16 Yanvar, 2020 09:23 | Sosial | Baxış sayı: 232
Qarlı hava
Qarlı hava

Qubanın kəndlərində qarın hündürlüyü 13 sm-ə kimi qalxıb

Əvvəlcədən xəbərdarlıq edildiyi kimi bu gecə ölkə ərazisində hava yağmurlu və qarlı olub. İstiPress-in Şimal bürosunun məlumatına görə, Quba və Qusarın dağlıq bütün ərazilərində şaxta və qarlı hava qeydə alınıb. 

Şaxta və qarın daha çox olduğu Qubanın Qrız kəndində bu gün səhər saatlarında 11,3 dərəcə şaxta qeydə alınıb. Burda qarın hündürlüyü isə 13 sm-ə çatıb.

Xınalıqda isə 10,1 dərəcə şaxtalı hava və 13 sm qar müşahidə edilib. 

Hələlik qeyri-sabit havanın hər hansı fəsadlara yol açdığı barədə məlumat daxil olmayıb. 

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 16-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.