Kirayə mənzillərlə bağlı yeni xəbər

16 Yanvar, 2020 12:27 | Sosial | Baxış sayı: 448
Kirayə ev
Kirayə ev

İpoteka və Kredit Zəmanət Fondu mənzil fondu yaradıb

2019-cu ildə İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzil mexanizmi çərçivəsində mənzil fondu yaradıb. Fonddan verilən məlumata görə, ötən dövr ərzində Fond tərəfindən kirayə mənzil mexanizminin həyata keçirilməsini təmin etmək məqsədilə hazırlıq işləri həyata keçirilib.

Belə ki, mexanizm çərçivəsində mənzil fondu yaradılıb, mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedur və daxili qaydalar hazırlanaraq kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib. Eyni zamanda, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb.

Şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara “ASAN Xidmət” Mərkəzləri vasitəsilə xidmət göstəriləcək.

Qeyd edək ki, 2020-ci ildə kirayə mexanizminin fəaliyyətə başlaması təmin ediləcək.