ŞOK! Bakı sakini: "Mən 12-ci imam Mehdiyəm, Putin isə İsa peyğəmbərdir" - VİDEO

16 Yanvar, 2017 11:44 | Sosial | Baxış sayı: 278
Bakı sakini
Bakı sakini

Sosial şəbəkələrdə video ciddi müzakirə mövzusuna çevrilib

Bakı sakinin sosial şəbəkələrdə yaydığı video ciddi müzakirə mövzusuna çevrilib. O iddia edir ki, 12-ci imamdır. İmran Əliyev adlı şəxs həmçinin İsa peyğəmbərin geri göndərildiyini də deyir. Video sosial şəbəkələrdə yayılandan sonra həm gülüş, həm də aqresiya ilə qarşılanıb. İstiPress-in məlumatına görə, özünü Əliyev İmran Xeyrulla oğlu kimi təqdim edən bu şəxs çəkdiyi video müraciətlə 12-ci imam Mehdi Sahibəz zaman olduğunu iddia edir. Özü də rus dilində.

"Bu gün bu video yazını bütün dünya görəcək" deyərək dindarları salamlayır. Bakı şəhərində yaşadığını da vurğulayan İmran iddia edir ki, 2 il bundan qabaq ona Allah tərəfindən vəhy gəlib. Güya ona deyiblər ki, 12-ci imam Mehdi Əleyhissəlam onun özüdür. İmran əlavə edib ki, İsa peyğəmbər geri qayıdıb. Onun sözlərinə görə,  İsa peyğəmbər Rusiya federasiyasının prezidenti Vladimir Putindir.