Bakıda bu avtobuslara minənlər ehtiyatlı olsun

15 Dekabr, 2017 13:54 | Sosial | Baxış sayı: 357
BakuBus
BakuBus

İki avtobus marşrutu dəyişdi

Bakıda iki sərnişin avtobususnun yolu dəyişdirildi. "BakuBus"dan İstiPress-ə verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Süleyman Sani Axundov küçəsində aparılan qazıntı işləri ilə bağlı, yol anidən hərəkət üçün dayandırılıb. Bununla bağlı olaraq 6 və 8 saylı marşrut xəttlərinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Belə ki, Azadlıq prospekti, Süleyman Sani Axundov küçəsi ilə hərəkət edərək Azadlıq m/s dayanacağına daxil olan 6 və 8 saylı xətt üzrə hərəkət edən avtobuslarımız müvəqqəti olaraq, hər iki istiqamətdə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edirlər.