Yeniyetmə qız uşağı dünyaya gətirib
Bakı şəhəri, Xəzər rayonunda 14 yaşlı qız doğuş edib. Doğuş iyul ayında olsa da, bu barədə fakt hüquq-mühafizə orqanlarına noyabrda məlum olub.
Məlumata görə, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı birləşmiş şəhər xəstəxanasında 2005-ci il təvəllüdlü T.T. doğuş edib. O qız uşağı dünyaya gətirib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Təhsil Nazirliyi Günay Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verib
Qərarın 1 ay əvvəldən elan edilməsi erkən rezervasiya imkanı yaradır
Daşkəsəndə qarın hündüryülü 16 sm-ə çatıb
Külək, yağış və qar gözlənilir
Marşrut xətlərində çatışmazlıqlar aşkar edilib