Maşını olanlar bu gündən 150 manat cərimələnə bilər

15 Noyabr, 2017 08:15 | Sosial | Baxış sayı: 208
Avtomobil jalüzü
Avtomobil jalüzü

"Ştorka", jalüz mövsümü bitdi

Bu gündən sürücülərə verilən vaxt bitir. İstiPress-in məlumatına görə, maşınlarda ştorka və jalüz (görnüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş icazənin müddəti noyabrın 15-də başa çatır.

İsti hava şəraiti ilə əlaqədar may ayının 1-dən noyabr ayının 15-nə qədər idarə edilən avtomobilin, yüngül minik avtomobillərinin arxa sağ-sol qapılarının şüşələrinə sənaye üsulu ilə hazırlanmış və standartların tələblərinə uyğun olan "ştorka" və jalüzlərin quraşdırılaraq idarə edilməsinə icazə verilir. Standartların tələblərinə uyğun olmayan rəngli, güzgü, buqələmun tipli şüşələrin avtomobillərə quraşdırılaraq idarə edilməsi isə inzibati məsuliyyət yaradır. 

Sabahdan etibarən avtomobillərin arxadakı yan şüşələrində jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqdan istifadə edilməsinə görə sürücülər 150 manat məbləğində cərimə olunacaqlar.