Bu yollar rənglənir

15 Oktyabr, 2019 10:37 | Sosial | Baxış sayı: 20
Yol təmiri
Yol təmiri

Agentlik sürücülərə xəbərdarlıq etdi

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, gecə saatlarında isə Nərimanov rayonu, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində, həmçinin Nizami, Rüstəm Rüstəmov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən xəbər verir.

Agentlik sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.