Bakıda 10 məktəbin direktoru işdən çıxarıldı

15 Oktyabr, 2019 11:33 | Sosial | Baxış sayı: 366
Yeni məktəb
Yeni məktəb

Pensiya yaşına çatan 27 direktorun müqaviləsi isə iyuna kimi uzadılıb

Yeni tədris ilində Bakıdakı 10 məktəbin direktoru ilə əmək müqaviləsinə xitam verilib. Direktorları işdən çıxarılan məktəblər bunlardır: 93, 25, 29, 70, 107, 221, 260, 301, 194 və 116. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib.

O, "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda bildirib ki, 2019-2020-ci tədris ili ərəfəsində Təhsil Nazirliyi tərəfindən vəzifədə olmanın son yaş hədinə çatmış 27 direktorla (1, 10, 14, 20, 27, 52, 96, 122, 130, 135, 157, 160, 203, 204, 217, 223, 229, 239, 256, 264, 267, 269, 271, 278, 322, 103 və 268) müqavilənin müddəti cari tədris ilinin sonunadək uzadılıb.

2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində 29 məktəbə (97, 38, 175, 212, 144, 248, 28, 150, 169, 184, 219, 220, 235, 250, 306, 293, 327, 301, 75, 90, 107, 128, 307, 162, 29, 260, 221, 26, 123) direktor vəzifəsinə yeni təyinat olub, 13 məktəb direktorunun iş yeri dəyişdirilib. 111 nəfər məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

R.Tağıyev bildirib ki, 4 direktorla (192, 71, 162, 123) bağlanmış əmək müqaviləsi (öz ərizəsi əsasında, işdə yol verdiyi nöqsanlarlara əlaqədar və s.) ləğv edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfərlə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.