Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı azaldı

15 Sentyabr, 2020 16:24 | Sosial | Baxış sayı: 52
Koronavirusun müayinəsi
Koronavirusun müayinəsi

Azərbaycanda bu gün koronavirus infeksiyasına 114 yeni yoluxma faktı qeydə alınıb, 138 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İstiPress-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib. Beləliklə aktiv koronavirus xəstələrinin sayı 26 nəfər azalaraq 1953-ə düşüb.