Birinci xanımdan təbrik: "Yeni dərs ili sizə maraqlı görüşlər və ixtiralar gətirsin"

15 Sentyabr, 2019 11:22 | Sosial | Baxış sayı: 140
Mehriban Əliyeva
Mehriban Əliyeva

Təbrik Mehriban Əliyevanın "İnstagram" səhifəsində yerləşdirilib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 sentyabr – Bilik Günü münasibəti ilə müəllim və şagirdləri təbrik edib. Təbrik paylaşımı onun adını daşıyan "İnstagram" səhifəsində yerləşdirilib. Təbrikdə deyilir: 

"Əziz məktəblilər, tələbələr.
Hörmətli müəllimlər və valideynlər.
Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.

Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram. 

Əziz dostlar, Bilik Gününüz mübarək!"