Nazirdən məktəblərə məktub

15 Sentyabr, 2017 09:35 | Sosial | Baxış sayı: 69
"Bilik günü"
"Bilik günü"

"Hər bir başlanğıc yeni imkandır"

Təhsil naziri Mikayıl Cabbarov "Bilik günü" münasibəti ilə müəllimləri və şagirdləri təbrik edib. Təhsil Nazirliyindən İstiPress-ə verilən məlumata görə, nazir yeni dərs ili münasibəti ilə müəllimlər, tələbələr və şagirdləri, eləcə də valideynləri təbrik edib. 

"“Bilik günü” - bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına  qovuşmasına zəmin yaradır, həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə  qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan  hörmətdir.

Zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Burada hamımızın birgə əməyi vacib və həlledicidir - Vətən sevgisi və yeni dünyanı fəth etmək enerjisi ilə.

Əziz müəllimlər, tələbələr və şagirdlər! Hər bir başlanğıc yeni imkandır. 

“Bilik günü” ilə başlanan bu imkanı uğurlu həyat hekayəsinə çevirməkdə hər birinizə nailiyyətlər arzulayıram!".