Bu məktəbdə ilk zəng çalınmadı - FOTO

15 Sentyabr, 2017 13:47 | Sosial | Baxış sayı: 474
Zərqava
Zərqava

Dərs olmayıb

Zərqava kənd məktəbində dərs olmadı. Barəsində dəfələrlə məlumat verdiyimiz Qubanın Zərqava məktəbində gözlənildyi kimi, bilik günü qeyd olunmadı. Sadəcə, məktəbin yanına yığışan şagird və müəllimlərə müvəqqəti olaraq, keçən ilki kimi, qəzalı klub binasında dərs keçəcəkləri deyilib. İcra nümayəndəsi Fərman Tahirov şagirdlərə və valideynlərə bildirib ki, bir neçə gün gecikmə ilə klub binasında dərs keçiriləcək, sonra məktəbin 1-ci mərtəbəsində 2 növbəli dərslərin olması nəzərdə tutulub.                        

Zərqava icra nümayəndəsi Fərman Tahirov İstiPress-ə məlumat verdi ki, hazırda məktəbin bərpasında 10 nəfər işləyir, linoliumlar gətiriləndən sonra çalışılacaq ki, sentyabrın 18-nə hazır olsun. Əgər çatdıra bilməsək, bir neçə gün gecikmə istisna olunur.                        

Külli miqdarda dövlət vəsaitinin düzgün xərclənməməsinin nəticəsində, görün, Zərqava kəndində təhsillə bağlı hansı problem yaranır? 

Aytəkin Alxaslı/İstiPress-in şimal bürosu