Bakının ən böyük məktəbi açıldı FOTOLAR

15 Sentyabr, 2017 10:11 | Sosial | Baxış sayı: 393
20 nömrəli məktəb
20 nömrəli məktəb

Açılışı prezident edib

Prezident Bakının sökülərək inşa edikən ən böyük mətkəbini açdı. İstiPress-in məlumatına görə, sentyabrın 15-də - Bilik günündə Bakının Yasamal rayonundakı 20 nömrəli məktəb-lisey üçün yeni inşa edilmiş binanın açılışı olub.

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsib.

Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir. Təhsil ocağında məktəbəqədər hazırlıq sinifləri də nəzərdə tutulub. Bununla yanaşı, burada 8 sinifdən ibarət olan Məktəbəqədər Təhsil Mərkəzi də fəaliyyət göstərəcək.

Hazırda məktəb 4000 şagird yerlikdir. Yenidənqurmadan əvvəl isə bu təhsil ocağı cəmi 2500 yerlik olub. Burada 145 sinif otağı və fənn kabinetləri, həmçinin 7 laboratoriya var. Azərbaycan və rus bölmələri ilə birlikdə ümumilikdə 119 sinifdə 3300 şagird təhsil alır. Təhsil ocağında 260 müəllimdən ibarət pedaqoji heyət çalışır.

20 nömrəli məktəb-liseyin əsası 1958-ci ildə qoyulub. 1988-ci ildə məktəbin daha 4 korpusu tikilib istifadəyə verilib. 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə məktəb binası əsaslı şəkildə təmir edilib.

Məktəbdə Azərbaycan və rus bölməsi ilə birlikdə ümumilikdə 97 sinifdə 2441 şagird təhsil alıb. 

Bir neçə il öncə məktəbin binası sökülərək müasir tələblərə cavab verən daha böyük binanın tikintisi başlamışdı. 

20 nömrəli məktəbin yenidən qurulmadan öncəki görüntüsü
20 nömrəli məktəbin yenidən qurulmadan öncəki görüntüsü