Tələbələrə 10 gün vaxt verildi

15 Avqust, 2017 08:04 | Sosial | Baxış sayı: 118
Tələbələr
Tələbələr

Daxil olduğu universitetdə qeydiyyatdan keçməyənlər oxuya bilməyəcək

Bu gündən tələbə adı qazanmış şəxslərin daxil olduqları ali məktəblərə qeydiyyataı başlayır. Dövlət İmtahan Mərkəzindən (DİM) İstiPress-ə verilən məlumata görə, avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Xatırladaq ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçiminə də bu gündən start verilir. Seçim ayın 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.