5 yaşlı uşağı olanların diqqətinə!

15 Avqust, 2017 12:04 | Sosial | Baxış sayı: 1235
Məktəbəqədər hazırlıq
Məktəbəqədər hazırlıq

Qəbul sentyabrın 20-dək davam edəcək

Bu gündən məktəbəhazırlıq qruplarına məktəblərdə uşaqların sənədlərinin qəbulu başlayır. İstiPress-in məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına elektron sistemdə qeydiyyatı aparılmış uşaqların sənədlərinin qəbulu avqustun 15-dən sentyabrın 20-dək həyata keçiriləcək. 

Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına avqustun 1-dən başlayan uşaqların elektron qeydiyyatı isə sentyabrın 18-dək davam edəcək.

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün ərizələrin onlayn qeydiyyatı mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.