Bakıda daha bir həkim koronavirusdan dünyasını dəyişdi

15 İyul, 2020 11:15 | Sosial | Baxış sayı: 117
Ruhiyyə Kərimova
Ruhiyyə Kərimova

Azərbaycanda daha bir həkim-kardioloq Ruhiyyə Kərimova koronavirusdan vəfat edib.

İstiPress-in məlumatına görə, bu barədə onun həmkarları məlumat yayıblar.

Bildirilir ki, R.Kərimova Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü və COVİD-19 infeksiyasına yoluxan xəstələri müalicə edən həkimlərdən biri idi. Amma sonradan o özü də virusa yoluxub və bu gün səhərə yaxın dünyasını dəyişib.